İşin təsviri
- İddia ərizələri, apellyasiya, kassasiya şikayətlərini, etiraz, vəsat və s. ərizələri tərtib etmək;
- Mülki, inzibati, cinayət icraatları zamanı Şirkəti məhkəmələrdə və sair dövlət orqanlarında təmsil etmək;
- Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına nəzarət etmək;
- İcraatında olan işlərin uçotunu müvafiq proqram təminatında aparmaq;
- Şirkətə daxil olan şikayət, ərizə və təklifləri araşdırmaq və cavablandərmaq;
- İcraatında olan işlərin statusu barədə şöbə rəhbərinə hər ay hesabat vermək.
Tələblər
- Təhsil: Ali (Hüquq sahəsi üzrə)
- Yaş həddi: 25-45;
- İş təcrübəsi: ən azı 3 il;
- Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)
- Kompüter bilikləri: Ofis proqramları (MS Word, Excel, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanları.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: şənbə və bazar günü
- İş yeri: Luxen Plaza