İşin təsviri
- İnsan resursları əməliyyatlarını əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun idarə etmək;
- İşə qəbulun, vəzifə dəyişikliklərinin və işdən ayrılmasının rəsmiləşdirilməsinə, kadr sənədləşməsinə nəzarət etmək;
- Davamiyyət və məzuniyyət uçotunun, əmək haqqının hesablanmsı üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
- İşçinin müraciət və şikayətlərinin araşdırılması, münaqişələrin həllini və intizam məsələlərini müvafiq prosedurlara uyğun aparılmasını əlaqələndirmək;
- ƏMAS və şirkətin İR sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək;
- İR prosedurlarını təkmilləşdirmək, fəaliyyət nəticələri və risklər üzrə rəhbərliyə hesabatlar təqdim etmək;
- Şöbənin işini və komandanı idarə etmək, bölmə rəhbərlərinə işçi münasibətləri üzrə dəstək göstərmək.
Tələblər
- Təhsil: Ali;
- Yaş həddi: 30-45;
- İş təcrübəsi: İR sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi. Əmək qanunvericiliyi, kadr kargüzarlığı və işçi əlaqələrinin idarə edilməsi üzrə bilik və praktiki təcrübə;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə (Rus dili üstünlükdür);
- Kompüter bilikləri: ƏMAS, İR informasiya sistemləri ilə işləmək bacarığı. Excel bilikləri əla səviyyədə (1C bilmək üstünlükdür);
- Şəxsi keyfiyyətlər: Yüksək səviyyədə ünsiyyət və komanda idarəetmə bacarığı, problemlərin effektiv həlli, analitik düşüncə, obyektiv və qərəzsiz yanaşma, məxfilik prinsiplərinə riayət etmə.
İş şəraiti
- İş vaxtı: 09:00 – 18:00;
- İstirahət günləri: Şənbə və Bazar;
- Əməkhaqqı: Razılaşma əsasında;
- İş yeri: Luxen Plaza (Ünvan: Xətai prospekti 34)