İşin təsviri
- Gömrük və İxracat işlərinin aparılması (Mənşə sertifikatının alınması, Nəqliyyat CMR sənədləri, bəyannamə və s.);
- İşgüzar yazışmaların və danışıqların aparılması;
- Xarici bazarlarda və yaxın qonşu ölkələrlə internet ilə biznes əlaqələrinin qurulması,məlumatların toplanması;
- Xarici bazarların “Mətanət A” Şirkətinin istehsal etdiyi məhsullara olan tələbatının öyrənilməsi;
- Xarici ölkələrdəki satış imkanlarının öyrənilməsi;
- Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesinin nəzarət altında saxlanılması, hesabatının şöbə rəhbərinə təqdim edilməsi;
- Məhsulun ixracat planlarının yerinə yetirilməsinə nəzarət, məlumatların şöbə rəhbərinə təqdim edilməsi;
- Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;
- İxracat sənədlərinin aparılması,vaxtında rəsmiləşdirilməsi;
- Sifariştərin qəbulu , icrası , müştərilərə məlumatların verilməsi , daxili prosedur və qaydalar üzrə sifarişləri icra etmək.
İş şəraiti:
- İş yeri: Luxen Plaza;
- İş qrafiki: 5 günlük;
- İstirahət: Şənbə və bazar günü;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
- Təhsil: Ali; (təhsilin maliyyə, gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür);
- Yaş aralığı: 25 yaş üzəri namizədlər müraciət edə bilər
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət bacarığı, İnglis dili arzuolunardır
- Proqram bilikləri: 1C (8.3),MS Office proqramlarında (xüsusi ilə Excel) sərbəst işləmək bacarığı.
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi (idxal və ixrac əməliyyatları təcrübə üstünlük hesab olunur);
- Sürücülük vəsiqəsi; üstünlükdür
- Ezamiyyələrə hazır olmalı;
- Fikrini izah etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olmaq;
- Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirmək;
- Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı;
- Problemləri həll etmək bacarığı;
- Detallara diqqət və nəticəyönümlü düşüncə;