İşin təsviri
Hazır məhsulların keyfiyyətinə nəzarət:
- Hazır məhsulların nümunələri əsasında onların yararlılıq təhlillərinin aparılmasının təşkili;
- Hazır məhsulların keyfiyyətinə nəzarət fəaliyyətinin təşkili;
- Hazır məhsulların nümunələrini götürülməsi və onun tərkibinin araşdırılması, keyfiyyətinin yoxlanılması, nəticələrinin uçota alınması;
- Məhsulların keyfiyyətinə təsir edən amilləri (faktorları) təhlili və aradan qaldırılması;
- İstehsal prosesinin izlənilməsi və qiymətləndirilməsi;
- Hazır məhsulların keyfiyyətinin nəzarəti, istehsal göstəricilərinin analizi;
- Yeni istehsal olunmuş məhsulların keyfiyyətinin analiz edilməsi və sınaqdan keçirilməsi, onun təyin olunmuş normativlərə (texniki şərt və s.) uyğunluğunun yoxlanılması və normativlərə uyğun olmayan məhsulların keyfiyyətini yüksəltmək üçün təklifləinr verilməsi;
- Təyin olunmuş normativlərə uyğun olmayan məhsulların yararsız hala düşməsinin səbəbinin araşdırılması və bu cür məhsulların aradan qaldırılması istiqamətində lazımi tədbirlərin görülməsi;
- İstehsal olunan məhsulların texniki şərtlər və digər normativlərə uyğunluğun nəzarəti;
- İstehsalın müxtəlif mərhələlərində alınmış keyfiyyət analizlərinin göstəricilərinin təhlili və onların normativlərə və reseptə uyğun olmasının təşkili və ciddi nəzarətir;
- Hazır məhsulun keyfiyyətinin qüvvədə olan standartlara, texniki şərtlərə və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılmasını təmin etmək məqsədi ilə təhlillərin, mexaniki tədqiqatların aparılmasının təşkili;
- İstehsala yeni laborator yoxlama metodlarının hazırlanması və tətbiqi, həmçinin mövcud metodların təkmilləşdirilməsi işinə rəhbərlik edilməsi;
- Yeni və dəyişdirilmiş məhsul nümunələrinin tədqiqatlarında, məhsulun keyfiyyətinin səmərəli şəkildə yoxlanılması üçün şəraitin yaradılması məqsədi ilə bu məhsula olan texniki sənədlərin razılaşdırılmasında iştiraki;
- Məhsulun dövlət attestasiyası və sertifikasiyasına hazırlanması üzrə işlərdə iştiraki;
- Məhsulun keyfiyyətinə olan tələbləri müəyyən edən normativ-texniki sənədlərin təkmilləşdirilməsi məqsədi ilə onun təkmilləşdirilməsi ilə bağlı olan təkliflərin hazırlanması;
- Yoxlama – ölçü aparaturasının vəziyyəti və işinə nəzarəti təşkil edilməsi, onun vaxtlı vaxtında dövri dövlət yoxlanmasına verilməsini təmini;
- Laborator avadanlıqlarının və laboratoriya işçilərinin iş yerlərinin vəziyyətini, onların əməyin mühafizəsi və təhlükəsizliyi tələblərinə müvafiqliyinin yoxlanılması, mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi;
- Laboratoriya jurnallarının dəqiq aparılmasını və təhlil və tədqiqatların nəticələrinin vaxtında rəsmiləşdirilməsinin təşkili;
- Tədqiqat nəticələrinə əsasən istehsalın dayandırılmasına və ya davam etdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi.
Tələblər
- Texniki ixtisas üzrə ali təhsil;
- Keyfiyyət sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilməli (rus dillərini bilməsi arzu olunandır);
- MS Office, Outlook və dioqram proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalı;
- Xammal və istehsal prosesinin keyfiyyətinə nəzarət sahəsində təcrübə;
- Fiziki-kimyəvi analizlər və orqanoleptik qiymətləndirmələr üzrə biliklər;
- Laboratoriya sınaqlarının aparılması və nəticələrin qiymətləndirilməsi üzrə təcrübə.
İş şəraiti:
- İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
- Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.