İşin təsviri
- Şöbənin fəaliyyətinin təşkili — tapşırıqların planlaşdırılması, işçilər arasında bölüşdürülməsi və icrasına nəzarət.
- Proses standartlarının hazırlanması və tətbiqi — şirkətdəki bütün istehsal və biznes proseslərinin keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün metodikaların, prosedurların hazırlanması.
- Proseslərin analizi — proseslərin effektivliyinin təhlili, zəif nöqtələrin və uyğunsuzluqların aşkarlanması.
- Daxili auditlərin keçirilməsi — şirkət daxilində proseslərin standartlara uyğunluğunu yoxlamaq üçün planlı auditlərin təşkil olunması.
- Korrektiv və preventiv tədbirlərin işlənib hazırlanması — aşkarlanan problemlərin səbəblərinin aradan qaldırılması və təkrarlanmasının qarşısının alınması.
- Ştrukturlala əməkdaşlıq — istehsalat, logistika, insan resursları, satış və digər strukturlarla keyfiyyətin artırılması üçün birgə işlərin təşkili.
- Proses optimallaşdırma layihələrində iştirak — məhsuldarlığın artırılması, xərclərin azaldılması və müştəri məmnuniyyətinin yüksəldilməsi üçün yeni təşəbbüslərin həyata keçirilməsi.
- Rəhbərliyə hesabatların hazırlanması — proseslərin vəziyyəti və görülən tədbirlərin nəticələri barədə müntəzəm hesabatların təqdim olunması.
- Xarici audit və sertifikatlaşdırma proseslərində iştirak — şirkətin beynəlxalq standartlara uyğunluğunu təmin etmək və sertifikatlaşdırma üçün hazırlıq işləri.
- Komandanın idarə olunması — şöbə əməkdaşlarının seçilməsi, təlimi və inkişafının təşkili.
Tələblər
- Ali təhsil (İqtisadiyyat);
- Keyfiyyət sahəsində minimum 5 (beş) il iş təcrübəsi;
- Biznes proseslərinin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
- MS Office, Outlook və dioqram proqramları (MS visio, Draw.io) üzrə sərbəst işləmə bacarığına malik olmalı;
- Mövcud avtomatlaşdıırılmış informasiya sistemlərində işləmək bacarığı.
- İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
- Peşəkar ünsiyyət psixologiyasını bilməli.
İş şəraiti:
- 5günlük
- İstirahət şənbə və bazar günü
- Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.