İşin təsviri
- İstehsalat prosesinin texniki təhlükəsizliyini təmin etmək;
- İstehsal olunan məhsullar üzrə xammal və hazır məhsulların mövcud standart və texniki şərtlərə uyğunluğunun təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
- İstehsal olunan məhsulun fiziki-kimyəvi analizləri göstəricilərinə nəzarət etmək;
- Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
- İstehsal olunan məhsulun fiziki – kimyəvi analizlərinin göstəricilərinə nəzarət etmək;
- Kimyəvi məhlulların hazılanması və reaksiyaların aparılmasını təmin etmək;
- Kimya məhsulların istehsal problemlərini araşdırmaq, səbəbləri təhlil etmək və həll yollarını təyin etmək;
- Yeni tədqiqat və analiz metodlarını araşdırmaq;
- Laborator avadanlıqların sazlığına nəzarət etmək, onların vaxt aşırı olaraq tənzimlənməsini təmin etmək;
- Keyfiyyətlə və təhlükəsizliklə bağlı məsələlərini vaxtında həll etmək.
Tələblər
- Ali təhsil: Kimya üzrə;
- Müvafiq sahə üzrə minimum 5 illik iş təcrübə;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis dili biliyi mütləqdir;
- Ofis proqramlarında işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Qaradağ;
- İş qrafiki: 6 günlük (qısa iş günü);
- İstirahət: Şənbə və bazar günü;
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Dinamik və gənc komanda ilə iş imkanı.