Korporativ satış müdiri

İşin təsviri

  • Şirkətin korporativ satış strategiyasını hazırlamaq və icrasını təmin etmək;
  • Tikinti, sənaye, dövlət və özəl sektor üzrə iri layihələrin müəyyən edilməsi və satış imkanlarının araşdırılması;
  • İnşaat şirkətləri, podratçı təşkilatlar, layihə şirkətləri, developer və korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
  • Şirkətin məhsul portfelinin (quru və maye inşaat məhsulları, boya, gips, mineral yun və digər məhsullar) layihələrə daxil edilməsini təmin etmək;
  • İllik, rüblük və aylıq korporativ satış planlarının hazırlanması və icrasına nəzarət etmək;
  • Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək və müəyyən edilmiş KPI-ların icrasına cavabdeh olmaq;
  • Tenderlərin, satınalma elanlarının və iri layihələrin davamlı monitorinqini aparmaq, iştirak strategiyasını formalaşdırmaq;
  • Müştərilər üçün kommersiya təkliflərinin, qiymət təkliflərinin və müqavilə şərtlərinin hazırlanmasına rəhbərlik etmək;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq, müqavilələrin bağlanmasını və icrasını təmin etmək;
  • Mövcud və potensial müştərilər üzrə satış proqnozlarını, bazar analizlərini və rəqabət mühitini mütəmadi olaraq təhlil etmək;
  • Satış komandası və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək, layihələrin vaxtında icrasını təmin etmək;
  • Debitor borclarına nəzarət etmək və ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
  • Satış fəaliyyətinə dair həftəlik, aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Şirkətin bazar payının artırılması və yeni korporativ müştərilərin cəlb edilməsi istiqamətində təşəbbüslər irəli sürmək;
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin artırılması üzrə tədbirlər həyata keçirmək;

Tələblər

Təhsil: Ali

Yaş həddi: min 30 – max 50 yaş

İş təcrübəsi: min 3 il – 5 il

Kompüter biliyi: Microsoft office / Excel yaxşı

Ezamiyyət imkanları

Dil bilikləri

Azərbaycan dili (ana dili).

İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).