İşin təsviri
- Mağazanın satış planının yerinə yetirilməsinə cavabdehdir; satış hədəflərinin icrasını izləyir və analiz edir.
- Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət standartlarına riayət olunmasını təmin edir.
- Şikayət və müraciətlərin operativ və peşəkar şəkildə həllini təşkil edir.
- Malların qəbulunu, yerləşdirilməsini, sayımını və düzgün saxlanmasını təşkil edir.
- Məhsul qalığının optimal səviyyədə saxlanmasına və vaxtında sifarişlərin verilməsinə cavabdehdir.
- Məhsulun keyfiyyətinə, qablaşdırmasına, qiymət nişanlarının düzgünlüyünə nəzarət edir.
- İtki, korlanma və inventar fərqlərinin qarşısını almaq məqsədilə daimi nəzarət aparır.
- Kassa əməliyyatlarının düzgün aparılmasına və gündəlik hesabların uyğunluğuna nəzarət edir.
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlayır və rəhbərliyə təqdim edir.
- Satış əməliyyatlarının və maliyyə sənədlərinin (qəbz, qaimə, çek və s.) düzgünlüyünü təmin edir.
- Mağazanın texniki təhlükəsizliyinə, yanğın təhlükəsizliyi qaydalarına və sanitariya tələblərinə riayət olunmasına nəzarət edir.
- Mağazanın təmizliyi, avadanlıqların saz vəziyyətdə saxlanılması və texniki problemlərin operativ həlli üçün tədbirlər görür.
- Oğurluq və digər risklərin qarşısının alınması məqsədilə təhlükəsizlik sistemlərinə nəzarət edir.
- Şirkət rəhbərliyinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirir.
- Şirkətin daxili qaydalarına, etik davranış və korporativ standartlarına əməl edir.
- Mağazanın fəaliyyətinə dair təkliflər hazırlayır və idarəetmənin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir.
Tələblər
- Təhsil: Orta/ali
- Yaş həddi: 25-45
- Kompüter biliyi: MS Office və 1C proqramı;
- İş təcrübəsi: Minimum 1 il müvafiq sahədə;
- Dillər: Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)
Şəxsi keyfiyyətlər
- Satış və idarəetmə bacarığı;
- Ünsiyyət və danışıq bacarığı;
- Strateji və analitik düşüncə tərzi.
İş şəraiti:
- İş yeri: VIL Mağazası (Əhmədli və Lökbatan əraziləri);
- İş qrafiki: 6 günlük;
- İstirahət: Bazar günü;
- Korporativ nömrə şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.