İşin təsviri
- Yeni və mövcud məhsullar üçün sertifikatlaşdırma qurumlarından şirkətdaxili prosedura uyğun yerli və beynəxalq standartlar üzrə uyğunluq sertifikatlarını almaq;
- Şirkətdə çalışan texnoloqlar, laboratoriya işçiləri ilə koordinasiya edərək məhsulların yerli və beynəxalq standartlarını araşdırmaq, uyğun olanları müəyyən etmək;
- Mövcud və yeni məhsulların TDS və MSDS sənədlərini (texniki məlumat vərəqləri və material təhlükəsizliyi məlumat vərəqləri) təmin etmək;
- Məhsulların MNT və XİF MN kodlarını müəyyən etmək;
- Şirkətin istehsal etdiyi məhsulların müvafiq standartlara uyğun sınaqlarının yerli və xarici laborotoriyalarda keçirilməsini təmin etmək, sınaq protokollarının təqdim olunmasını təmin etmək:
- Sınaqların keçirilməsi, standartların satın alınması, məhsulların sertifikatlaşdırılması üçün müvafiq qurumlara tələb olunan müraciətləri etmək, müqavilələrin bağlanmasını, ödəmələrin həyata keçirilməsini təmin etmək;
- Standartlaşdırma haqqında qanuna uyğun şirkətdaxili qaydaları müəyyən etmək, müvafiq prosedurları, təlimatları tərtib etmək, təkmilləşdirmək;
- Məhsullar üçün gigiyenik sertifikatları almaq.
Tələblər
- Təhsil: Ali (magistr arzuolunandır);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il;
- Dil bilikləri: Azərbaycan dili-səlis, rus və ingilis dilləri yaxşı səviyyədə;
- Kompyuter bilikləri: MS office (Word, Excel, Visio, Outlook);
- Fikrini aydın şəkildə izah etmək qabiliyyəti, ünsiyyət qurma bacarığı olmalı;
- İşə planlı yanaşma, nəticəyə fokuslanmalı;
- Çevik, tələbkar, problem həll etməyi bacarmalı.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza;
- Korporativ nömrə verilir.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.