İşin təsviri
- Müəssisədə istifadə olunan ölçmə vasitələrinin dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək;
- Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək;
- Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaları təşkil etmək;
- Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq;
- Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək;
- Kalibrləmə və yoxlama prosedurlarını daim biznes ehtiyaclarına uyğun olmasını təmin etmə, ölçmə vasitələrinin nəzarət sistemini təkmilləşdirmək;
- Ölçmə vasitələrinin bazasının yenilənməsini təmin etmək;
- Uyğunsuzluqların və tənzimləyici tədbirlərin idarə olunması üzrə aidiyyatı hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək;
- ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarəti təşkil etmək;
- Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət etmək;
- Müəssisənin metroloji siyasətinin inkişaf etdirilməsində iştirak etmək;
- Ölçmə vasitələrinin texniki nasazlıqlarının qarşısını almaq və lazımi tədbirləri görmək;
- Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq;
- Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək;
- Laboratoriya və istehsalatda istifadə olunan ölçmə vasitələrinin innovativ həllərlə inkişafına tövhə vermək.
İş şəraiti:
- İş qrafiki: 5 günlük;
- İstirahət Şənbə və bazar günü.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.
Tələblər
- Metroloji mühəndislik, fizika, mexanika, elektronika, kimya mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali texiniki təhsil;
- Metroloji sahədə ən azı 3 il iş təcrübəsi (Ölçmə cihazları, kalibrləmə və laboratoriya sınaqları ilə bağlı iş təcrübəsi);
- Ofis proqramları biliyi;
- Ölçmə vasitələrinin dövlət yoxlaması və kalibrlənmə proseslərinə dair tələblər;
- Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya olunmuş orqanlar və onlara dair tələblər;
- Texniki reqlamentlər və istinad olunmuş standartları bilməli;
- Metroloji standartları (ISO 17025, ISO 9001, GOST və s.) bilməli;
- Kalibrləmə və ölçmə metodlarını bilməli;
- Ölçmə cihazlarının iş prinsipləri və diaqnostikasını bilməli;
- Beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiqi qaydalarını bilməli;
- Nəqliyyat vasitəsi olmalı;
- Ezamiyyələrə hazır olmalı.