İşin təsviri
Texnoloji maşın və avadanlıqların idarə edilməsi.
• İstehsalatda xüsusi cihazların, maşınların işinin tənzimlənməsinin həyata keçirilməsi;
• Gündəlik istehsal olunacaq sifarişlərin dəzgahlara proqramlaşdırılması və istehsal prosesinin başladılması;
• İstehsalat zamanı dəzgahlarda yaranan texniki və texnoloji problemlərin analiz edilməsi;
• Avadanlıq, alət, qurğu və dəzgahlarının saz vəziyyətdə saxlanması;
• Avadanlıq, alət, qurğu və dəzgahlarına xidmət, texniki qulluq, profilaktik tədbirlər;
• Sex və sahələrində yeni avadanlıqların Standartlara uyğun qaynaq edilməsi və istismarının təşkil edilməsi;
• Qaynaq tikişi ilə detalların, məmulatların və bütün konstruksiyaların bərkidilməsi;
• Əl və plazmalı qaynaqla sadə detalların aşağı və şaquli vəziyyətdə qaynaq tikişinin, sadə detalların lehimlənməsi;
• Məmulatın və qaynaq olunacaq qovşağı hazırlamaq, qaynaqdan sonra qaynaq tikişini hamarlamaq;
• Qoruyucu qazda qaynaq prosesində qaynaq tikişinin əks tərəfinin qorunmasını təmin etmək;
• Qaynaqdan əvvəl detal və məmulatı isitməli;
• Sadə çertyojların oxunması;
• İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət edilməsi;
• İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət edilməsi.
Tələblər
- Təhsil: müvafiq sahə üzrə orta təhsil və ya orta texniki təhsil
- Təcrübə: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Yarımavtomat və qaz qaynağını istifadəsini bilməlidir
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
İş şəraiti:
- İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);
- Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.