İşin təsviri
- PVC qapı və pəncərə sistemlərinin düzgün ölçüdə, səviyyədə və texniki göstəricilərə uyğun şəkildə quraşdırılması;
- Montaj zamanı lazımi alət və materiallardan düzgün istifadə etmək;
- Pəncərə, qapı və şüşə hissələrinin səliqəli şəkildə yerləşdirilməsi və möhkəmləndirilməsi;
- Ölçü və forma keyfiyyətinə nəzarət etmək, qüsurlu məhsulları ayırmaq və qeydiyyata almaq;
- Profillərin, menteşələrin, tutacaqların və digər aksesuarların montajı;
- Rəhbərliyin verdiyi digər texniki və istehsalat tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Təhsil – Orta texniki və ya peşə ixtisas təhsili
- Təcrübə – müvafiq sahə üzrə 1 il iş təcrübəsi
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
- Detallara diqqət etməli
- İşə məsuliyyətli yanaşma
- Əmək və təhlükəsizlik normalarına riayət etməli
- Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Karyera yüksəlişi imkanı;
- Maraqlı iş mühiti
- Qidalanma təmin edilir
- Nəqliyyat şirkət tərəfindən təmin edilir