İşin təsviri
- Verilmiş texniki çertyoj və sxemlər əsasında hissələrin ardıcıllığını təyin etmək.
- Müxtəlif detalları (boltlar, vintlər, qaynaq və s. vasitəsilə) birləşdirərək aqreqatların, nasosların, klapanların və ya kranların yığılması.
- Yığılmış mexanizmlərin düzgün işləməsini yoxlamaq, boşluqları və uyğunsuzluqları aradan qaldırmaq.
- Məhsulun texniki şərtlərə (məsələn, təzyiqə davamlılıq) cavab verib-vermədiyini yoxlamaq.
- Quraşdırmadan öncə hissələrin təmizlənməsi, yağlanması və uyğunluğunun yoxlanılması.
- Çertyoj və texnoloji xəriflər əsasında qovşaqların, mexanizmlərin və maşınların tam yığılması.
- Bolt, sponka, presləmə, qaynaq və ya yapışdırma üsulları ilə hissələrin birləşdirilməsi.
- Yığılmış mexanizmlərin hərəkət hissələrinin sazlanması, boşluqların (lyuftların) aradan qaldırılması.
- Hazır məhsulun standartlara sınaqdan keçirilməsi və yekun göstəricilərinin ləğv edilməsi.
- İstifadə etdiyi ölçü cihazlarının (kumpas, mikrometr) və montaj alətlərinin saz vəziyyətdə saxlanılması.
- Yığılan maşın və avadanlıqların konstruktiv xüsusiyyətləri və iş prinsipi.
- Mürəkkəb çertyojların və kinematik sxemlərin oxunma qaydaları.
- Metalların texniki xüsusiyyətləri və onlara termik emalın təsiri.
- Hissələrin oturdulma dəqiqliyi (toleranslar) və təmizlik dərəcələri.
Tələblər
Təhsil: Orta , Orta ixtisas
Yaş həddi: 26 – 40
İş təcrübəsi: min 3 il
İş şəraiti
- 6 günlük iş rejimi 08:00-17:00, Şənbə günü 08:00-12:00 (Bazar istirahət)
- Nahar şirkət tərəfindən təmin edilir;
- Nəqliyyat şirkət tərəfin təmin edilir;
- Əmək haqqı razılaşma yolu ilə.
Ünvan: Hacıqabul rayonu , Atbulaq kəndi, Elberq zavodu