İşin təsviri
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkil edilməsi;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;
- Mal-materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Təhsil: Ali (İqtisadi);
- İş təcrübəsi: 1-3 il iş təcrübəsi olan;
- Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: 1C 8.3 və MS Office yaxşı səviyyədə.
İş şəraiti:
- İş saatı: 08:00-dan 17:00-dək;
- İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);;
- İş yeri: Matanat A İstehsalat Müəssisəsi (Abşeron rayonu, Masazır qəsəbəsi).
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir;
- Dinamik və gənc komanda ilə iş imkanı.