İşin təsviri
Təsvir
- Şirkətin satış proqnozlarına və mövcud sifarişlərinə əsasən aylıq, həftəlik və gündəlik istehsal planlarının hazırlanmasını və icrasına nəzarəti təmin etmək;
- İstehsal güclərini, xammal ehtiyatlarını, anbar stoklarını və satış tələbatını nəzərə alaraq optimal istehsal həcmlərini müəyyən etmək;
- İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq, satınalma şöbəsinə vaxtında təqdim etmək;
- Hazır məhsul və xammal üzrə minimum, maksimum və təhlükəsizlik stok səviyyələrinin müəyyən edilməsini və izlənilməsini təmin etmək;
- Artıq istehsalın, stok yığılmasının, məhsul çatışmazlığının və istehsal dayanmasının qarşısını almaq məqsədilə planlama proseslərini optimallaşdırmaq;
- Satış proqnozları ilə faktiki satış göstəricilərini müqayisə etmək, kənarlaşmaları təhlil etmək və zəruri düzəlişlər aparmaq;
- İstehsal planlarının faktiki icra göstəricilərini gündəlik izləmək, gecikmələrin səbəblərini müəyyən etmək və qabaqlayıcı tədbirlər görmək;
- Anbarların mövcud tutumunu və məhsulların dövriyyə sürətini nəzərə alaraq stokların zavodlar və anbarlar üzrə optimal bölüşdürülməsini planlaşdırmaq.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: 3-5 il;
- Sertifikatlar: Müvafiq sahə üzrə sertifikatların olması mütləqdir;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;
- Kompüter bilikləri: MS Ofis proqramları;
Şəxsi keyfiyyətlər:
- Güclü analitik və strateji düşünmə qabiliyyəti;
- Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
- Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;
- Operativ qərarvermə və problemləri həll etmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:00-18:00;
- İstirahət: Şənbə və Bazar günləri;
- Əməkhaqqı: Razılaşma yolu ilə;
- İş yeri: Luxen Plaza.