İşin təsviri
- Layihənin icra mərhələlərini, fəaliyyət planını və vaxt cədvəlini (Gant chart) hazırlamaq.
- Resursların (maliyyə, insan, materiallar) təyini və paylanmasını həyata keçirmək.
- Gecikmə risklərinin idarə olunması üçün alternativ həllərin təklif edilməsi.
- Layihənin vaxtında və büdcə daxilində tamamlanması üçün müvafiq hesabatları təqdim etmək.
- İşlərin plan üzrə getməsini və kritik məqamlarda təhvil təslimlərin edilməsini koordinasiya etmək.
- Layihə ilə əlaqədar iclaslar təşkil etmək və əlaqədar şəxslərə icrası gözlənən işlərin və layihənin ümumi statusu barədə məlumat vermək.
- Proqres və yekun nəticələr barədə müntəzəm hesabatlar təqdim etmək.
- Sənədləşmə və Hesabatlılıq:
- İnşaat işlərinin irəliləməsini izləmək və hesabatlar hazırlamaq.
- Layihə ilə əlaqədar sənədləri (planlar, müqavilələr, icra aktları və s.) arxivləmək
- Layihə prosesinin və nəticələrinin raporlanmasını həyata keçirmək.
- Layihədən gündəlik hesabatların alınması, həftəlik iş planına əsasən yoxlanılması, analiz edilməsi və sonda hesabat hazırlanıb rəhbərliyə təqdim edilməsi.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: minimum 3 il;
- Kompüter bilikləri: MS Ofis (Excel, Word, PowerPoint, Outlook), 1C, Autocad;
- Dil bilikləri: Azərbaycan dili səlis (Rus və ingilis dilləri arzuolunandır);
- Sahə bilikləri: Tikinti normaları, qaydaları və layihə idarə edilməsi metodologiyalarına dair biliklər;
- Tikinti prosesləri; Tikinti prosesləri və mərhələləri (qazıntı, təməl, karkas, örtük, daxili tamamlanma işləri və s.) haqqında məlumatlılıq;
- Material bilikləri: Tikinti materialları (beton, armatur, kərpic, izolyasiya materialları, metal konstruksiyalar və s.) haqqında texniki biliklər;
- Maşın və avadanlıqlar: İnşaat maşın və avadanlıqlarının (kranlar, ekskavatorlar, betonqarışıdırıcılar və s.) iş prinsipləri və funksiyaları barədə məlumatlılıq;
- Cizgi və Plan oxuma: Tikinti layihələrinin oxunması və təhlil bacarığı (memarlıq, konstruktiv, elektrik və mexanik planlar);
- Mühəndislik hesabatları: Topoqrafik və geoloji hesabatları anlamaq və analiz etmək bacarığı;
- Normativ sənədlər: Tikinti standartları, dövlət şəhərsalma sənədləri və normativ hüquqi aktlarla işləmək təcrübəsi.
Şəxsi Keyfiyyətlər:
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Güclü təşkilatçılıq və zamanın idarə olunması qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Şəhərin mərkəzində ofis;
- Dinamik və gənc komanda ilə iş imkanı.