İşin təsviri
- İstehsal müəssisəsində bütün istehsal proseslərinin təsdiq edilmiş prosedurlara və keyfiyyət tələblərinə uyğunluğuna nəzarət etmək;
- İstehsal prosesinin bütün mərhələlərində texnoloji intizamın qorunmasına nəzarət etmək;
- ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının istehsal müəssisəsində tətbiqinə riayət olunmasını təmin etmək;
- Uyğunsuz materialların istehsalda istifadəsinin qarşısını almaq və bu barədə aidiyyəti şöbələri məlumatlandırmaq;
- Proses zamanı məhsul keyfiyyətinə təsir edən göstəricilərin izlənilməsini təmin etmək;
- Avadanlıqlarda daxili prosedurlara əsasən vaxtında düzgün təmir-baxım işlərinin aparılması, bununla bağlı qeydiyyatın aparılması işlərinə nəzarət etmək;
- Qablaşdırılmış hazır məhsulun texniki tələblərə və keyfiyyət göstəricilərinə uyğunluğunu yoxlamaq;
- Uyğunsuz hazır məhsulların ayrılmasını, işarələnməsini və qeydə alınmasını təmin etmək;
- Hazır məhsulun anbara daşınmasını və saxlanma şəraitinin tələblərə uyğunluğunu yoxlamaq;
- Nəqliyyat vasitələriə yükləmə zamanı məhsulun zədələnməsinə, düzgün yerləşdirilməsinə və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
- Aşkar edilmiş uyğunsuzluqları qeydiyyata almaq, düzəldici və önləyici tədbirlərin hazırlanmasında və icrasında iştirak etmək;
- Keyfiyyətə nəzarət üzrə zəruri qeydləri aparmaq, gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq;
- Görülmüş işlər, aşkar edilmiş risklər və uyğunsuzluqlar barədə Keyfiyyətin idarə olunması şöbəsinə mütəmadi hesabat vermək;
- Tələb olunduqda zəruri prosedur, form və çek-listlər hazırlayıb istehsal müəssisəsində istifadə olunmasını təmin etmək;
- İstehsal sahəsində keyfiyyətin davamlı yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.
Tələblər
- Texniki ixtisas üzrə ali təhsil (magistr arzuolunandır);
- Keyfiyyət sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini bilməsi;
- MS Office, MS Excell, Outlook, Visio proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalı;
- Təlimlər/sertifikatlar: ISO 9001, ISO 14001, ISO 45001
- Ölkədaxili və ölkəxarici ezamiyyət imkanları.
İş şəraiti:
- İş qrafiki: 5 gün ;
- Ünvan: “Avanqard” MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.