İşin təsviri
- Qaynaq olunacaq hissələri müəyyənləşdirmək.
- Qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq
- Düz, üfüqi, şaquli, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq. Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək.
- Prosedura uyğun olaraq zədələnmiş hissələri təmir etmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.
Tələblər
- Təhsil: müvafiq sahə üzrə orta təhsil və ya orta texniki təhsil
- Təcrübə: müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Yarımavtomat və qaz qaynağını istifadəsini bilməlidir
- Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
- Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını düzgün seçə bilməli
- Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
Biz nə təklif edirik:
- Nəqliyyat şirkət tərəfindən təmin olunur.
- Qidalanma şirkət tərəfindən verilir
- Karyera yüksəliş imkanı
- Maraqlı iş mühiti