İşin təsviri
- İşəgötürənin istehsal fəaliyyətində istifadə edilən malların müvafiq xarici ölkələrdə və daxili bazarda satışı barədə araşdırmalar aparır;
- Ən keyfiyyətli və ən ucuz malların satıcılarını müəyyən edir və rəhbərliklə razılaşdırmaqla həmin malların alqı-satqısı və daşınması üzrə müqavilələrin hazırlanması və imzalanmasını təşkil edir;
- Xarici ölkədən alınmış malların Azərbaycan Respublikası ərazisinə daşınmasını, Azərbaycan Respublikasının gömrük sərhədində rəsmiləşdirilməsini və işəgötürənin müvafiq anbarlarına təhvil verilməsini təşkil edir;
- Apardığı yazışmaların, danışıqların, bağlanan müqavilələrin məxfi saxlanılması üçün zəruri tədbirləri görür;
- Qanun və digər normativ hüquqi aktlarla, həmçinin əməyin mühafizəsi üzrə qayda və təlimatlarla müəyyən edilən əməyin mühafizəsi tələblərinə riayət edir;
- Daxili və xarici tədarükçülərin seçimi və qiymətləndirilməsi, tədarüklərin keyfiyyətinin qiymətləndirilməsi və yoxlanılması, lazımi keyfiyyətdə tədarük edilən məhsul və xidmətlərin vaxtında təmin etmək məqsədilə zəruri sənədləşmələrin aparılması;
- Məhsulun keyfiyyətinə və təşkilatda aparılan işlərə ziyan vura biləcək tələblərə cavab verməyən keyfiyyətdə məhsulların tədarükünün qarşısının alınması;
- Xarici bazardan (xaricdə olan şirkət və ya müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Yerli bazarın monitorinqini aparmaq; bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- İstehsalçı fabrikalardan qiymətlərin alınması, müqayisəsinin çıxarılması; istehsalçı fabrika ilə müqavilələrin bağlanması.
Tələblər
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə).
- Yaş aralığı: 28-40 yaş;
- İş təcrübəsi: müvafiq sahədə minimum 3 il;
- Kompüter biliyi: MS Office, 1C 8.3;
- Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Şəhərin mərkəzində ofis;
- Bonus sistemi;
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
- Dinamik və gənc komanda ilə iş imkanı.