Satınalma üzrə təcrübəçi

İşin təsviri

  • Satınalma planlarının hazırlanmasına dəstək vermək.
  • Potensial yeni təchizatçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək.
  • Təchizatçılardan tələb olunan sənədlərin toplanması və yoxlanılmasına kömək etmək.
  • Təkliflərin qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə müqayisəli təhlilini aparmaq.
  • Satınalma prosesinin hər mərhələsi üzrə məlumatların yenilənməsini təmin etmək.
  • Təchizatçılarla keçirilən görüşlərin və danışıqların təşkilinə dəstək vermək.
  • Satınalma ilə bağlı daxili sorğuların vaxtında icrasına kömək etmək.
  • Satınalma fəaliyyətinə dair aylıq və həftəlik hesabatların hazırlanmasına dəstək vermək.
  • Müqavilələrin müddətlərini izləmək və yenilənməsi ilə bağlı məlumat vermək.
  • Digər şöbələrlə (maliyyə, logistika, anbar və s.) koordinasiyalı şəkildə işləmək.

Tələblər

  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı, Rus dilini bilmək üstünlükdür;
  • Kompüter bilikləri: MS Ofis (Word, Excel, Outlook)

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Luxen Plaza.

Biz nə təklif edirik:

  • Minimum əmək haqqı ilə təcrübə proqramı;
  • Şəhərin mərkəzində ofis;
  • Dinamik və gənc komanda ilə iş imkanı.