İşin təsviri
- Sifarişin qəbulundan ödənişin alınmasına qədər olan bütün mərhələlərin şirkət prosedurlarına uyğunluğunu yoxlamaq.
- Satış təmsilçilərinin müştərilərə verdiyi endirimlərin limitlər daxilində olub-olmadığını və qiymət siyasətinə riayət edilib-edilmədiyini nəzarətdə saxlamaq.
- Ödənişlərin vaxtında yığılması prosesini təhlil etmək və gecikmələrin səbəblərini araşdırmaq.
- Müqavilələrin, invoysların və təhvil-təslim aktlarının hüquqi və maliyyə baxımından düzgünlüyünü yoxlamaq.
- Satılan məhsulların fiziki qalığı ilə sistemdəki rəqəmlərin üst-üstə düşməsini yoxlamaq (itkilərin qarşısını almaq üçün).
- Aşkar edilmiş risklər və çatışmazlıqlar barədə rəhbərliyə mütəmadi olaraq audit hesabatları təqdim etmək.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: 5 il;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri;
- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C;
- Şəxsi avtomobilin olması mütləqdir;
Şəxsi keyfiyyətlər:
- Fikrini izah etmək qabiliyyəti;
- Detallara diqqət yetirmək;
- İşə planlı yanaşmaq;
- Fəal olmaq.
İş şəraiti:
- İş yeri: Luxen Plaza;
- İş qrafiki: 5 gün, saat 09:00-18:00;
- İstirahət: Şənbə və bazar günü.
- Əmək haqqı: Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik.