Satış və Debütor Borclar üzrə Analitik

İşin təsviri

Təsvir

  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar bazası hazırlamaq;
  • Statistik üsullardan istifadə edərək məlumatların təhlili satış proqnozunu və hesabatları təqdim etmək;
  • Bazar və rəqiblər barədə toplanmış məlumatların müqayisəli təhlili;
  • Məhsullar üzrə satış və müştəri məlumatlarının toplanması və təhlili;
  • Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;
  • Satış performansının monitorinqi və qiymətləndirilməsi;
  • Satış hədəflərinin əməkdaşlar arasında bölgüsü;
  • Rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və. s. hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi.

Tələblər

  • Təhsil: Ali
  • Yaş həddi: 25-40 yaş, cins fərqi yoxdur
  • İş təcrübəsi: 3 il
  • Kompüter biliyi: Microsoft Office proqramları, Excel biliyi-yüksək, 1C biliyi-yüksək, Power BI-yaxşı

Dil bilikləri

  • Azərbaycan dili (ana dili).
  • Rus və İnglis dil biliyi üstünlükdür

Şəxsi keyfiyyətlər

  • Fikrini izah etmək qabiliyyəti
  • İşə planlı yanaşması
  • Ünsiyyət yaratmaq bacarığı
  • Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
  • Strateji və analitik düşüncə tərzi.

İş şəraiti

  • 5 günlük iş rejimi (şənbə, bazar istirahət)
  • İş saatı: 09:00-18:00
  • Ünvan: Şah İsmayıl Xətai pr. 34 (Luxen Plaza)

Biz nə təklif edirik

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Şəhərin mərkəzində ofis
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.