Sənədləşmə üzrə mütəxəssis

İşin təsviri

– – Sənədləşmə üzrə mütəxəssis “Mətanət A” Şirkətlər Qrupunda kargüzarlıq işinin təşkili, struktur bölmələr arasında sənədləşmə dövriyyəsinin təşkil olunması, eləcə də, aşağıdakı işlərin həyata keçirilməsinə nəzarət və icra edir:

– Struktur bölmələrdən sənədlərin qəbulu zamanı öncə onların standarta uyğun hazırlanması səviyyəsini yoxlamaq, sonra isə müvafiq jurnallarda qeydiyyat aparmaqla qəbul etmək;

– Ümumi şöbəyə daxil olan sənədlərin təsdiqə və ya təyinatı üzrə istiqamətləndirmək;

– Təsdiqdən çıxmış sənədlərin müvafiq jurnalda qeydiyyatını və qeyd olunmuş dərkənarını qeyd etdikdən sonra icraçıya sürətini vermək, həmin dərkənarın icra edilməsinə nəzarət etmək və nəticəsi barədə həmin jurnalda qeydlər aparmaq;

– Daxil olan və çıxan məktub və digər sənədlərin qeydiyyatı və təyinatı üzrə istiqamətləndirilməsi;

– Ümumi şöbədə yığılan sənədlərin nomenklaturaya əsasən ayrı-ayrı qovluqlaşdırılması

– Şirkətin Ümumi şöbə tərəfindən istifadə olunan ştamp və blanklarının saxlanılması və təyinatı üzrə istifadə edilməsi;

Tələblər

– Sənədləşmə üzrə mütəxəssis vəzifə borclarını yerinə yetirərkən aşağıdakılara riayət edir:

– Rəhbərlik tərəfindən təsdiqlənmiş qaydalara (məs: Davranış kodeksi, Geyim kodeksi, Daxili intizam qaydaları, Kargüzarlığa dair prosedur və təlimatlar və s.), eləcə də, Keyfiyyət İdarəetmə sisteminin öz fəaliyyətinə aid olan tələblərinə riayət edir;

– Ona məlum olan bütün informasiyaların məxfiliyini qorumaq;

– Şöbə müdirinin göstərişlərini vaxtında yerinə yetirir;

– Sənədlərin hazırlanması qaydaları, onların icrasına nəzarət etmək;

– İşgüzar ünsiyyətin, xidməti subordinasiyanın qayda və normalarına riayət etmək, kolleqa və nəzakətli ünsiyyət qurmaq, vəzifə tabeçiliyinə riayət etmək;

– Sənədlərin bütövlüyünü təmin edir.