İşin təsviri
- 1. İdarəetmə və nəzarət funksiyaları
· Təmir bölməsinin işini təşkil etmək və işçiləri düzgün şəkildə yönləndirmək.
· Təmir planlarının hazırlanması və icrasına nəzarət etmək.
· Avadanlıqların və ehtiyat hissələrinin mövcudluğunu izləmək və tələbatı müəyyən etmək.
· İşlərin keyfiyyətinə və vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
· Təhlükəsizlik qaydalarına və texniki normalara riayət olunmasını təmin etmək.
- 2. Texniki nəzarət və diaqnostika
· Texniki baxış və təmir işlərinin aparılmasına nəzarət.
· Problemlərin düzgün diaqnoz edilməsini təmin etmək və texniki həll yolları təklif etmək.
· Avtomobillərin və texnikanın texniki vəziyyətini yoxlamaq və zəruri texniki sənədləri tərtib etmək.
· Avtomobildə elektron sistemlərin diaqnostikası və elektrik işləri haqqında anlayışa sahib olmaq.
- 3. Planlaşdırma və hesabatlıq
· Təmir işlərinin planlaşdırılması və resursların düzgün bölüşdürülməsi.
· Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
· Təmir işlərinin maya dəyərinin hesablanması və səmərəliliyin artırılması üzrə təkliflər vermək.
- 4. Kadr işi və təlim
· Ustalar və digər texniki işçilərlə işin təşkili, onların fəaliyyətinin qiymətləndirilməsi.
· Yeni işçilərin təlimi və mövcud heyətin peşəkarlığının artırılması üzrə tədbirlərin təşkili.
· İşçilər arasında əmək və istehsalat intizamının təmin olunması.
- 5. Əlaqələndirmə və kommunikasiya
· Digər struktur bölmələrlə (logistika, satınalma və s.) əlaqəli işləmək.
· Təmirdə istifadə olunan yeni texnologiyalarla bağlı yenilikləri izləmək və tətbiqini təşviq etmək.
Tələblər
- Təcrübə: Minimum 8 il rəsmi təcrübə
- Program bilikləri: Word,Excel,1C,PowerPoint, Internet
- Təhsil: Bakalavr və ya peşə təhsilli
- Dil bilikləri: Azərbaycan dili (Rus dili İngilis dili üstünlükdür)
- Fikrini izah etmək qabiliyyəti
- İşə planlı yanaşmalı
- Detallara diqqət yetirməli
- Fəal olmalı
- Sürücülük vəsiqəsi, kateqoriyası BC
- Şəxsi avtomobilinin olması
- Ezamiyyə imkanları olması