Təmir bölmə rəhbəri

İşin təsviri

  • 1. İdarəetmə və nəzarət funksiyaları

· Təmir bölməsinin işini təşkil etmək və işçiləri düzgün şəkildə yönləndirmək.

· Təmir planlarının hazırlanması və icrasına nəzarət etmək.

· Avadanlıqların və ehtiyat hissələrinin mövcudluğunu izləmək və tələbatı müəyyən etmək.

· İşlərin keyfiyyətinə və vaxtında yerinə yetirilməsinə nəzarət etmək.

· Təhlükəsizlik qaydalarına və texniki normalara riayət olunmasını təmin etmək.

  • 2. Texniki nəzarət və diaqnostika

· Texniki baxış və təmir işlərinin aparılmasına nəzarət.

· Problemlərin düzgün diaqnoz edilməsini təmin etmək və texniki həll yolları təklif etmək.

· Avtomobillərin və texnikanın texniki vəziyyətini yoxlamaq və zəruri texniki sənədləri tərtib etmək.

· Avtomobildə elektron sistemlərin diaqnostikası və elektrik işləri haqqında anlayışa sahib olmaq.

  • 3. Planlaşdırma və hesabatlıq

· Təmir işlərinin planlaşdırılması və resursların düzgün bölüşdürülməsi.

· Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

· Təmir işlərinin maya dəyərinin hesablanması və səmərəliliyin artırılması üzrə təkliflər vermək.

  • 4. Kadr işi və təlim

· Ustalar və digər texniki işçilərlə işin təşkili, onların fəaliyyətinin qiymətləndirilməsi.

· Yeni işçilərin təlimi və mövcud heyətin peşəkarlığının artırılması üzrə tədbirlərin təşkili.

· İşçilər arasında əmək və istehsalat intizamının təmin olunması.

  • 5. Əlaqələndirmə və kommunikasiya

· Digər struktur bölmələrlə (logistika, satınalma və s.) əlaqəli işləmək.

· Təmirdə istifadə olunan yeni texnologiyalarla bağlı yenilikləri izləmək və tətbiqini təşviq etmək.

Tələblər

  • Təcrübə: Minimum 5 il rəsmi təcrübə
  • Program bilikləri: Word,Excel,1C,PowerPoint, Internet
  • Təhsil: Bakalavr və ya peşə təhsilli
  • Dil bilikləri: Azərbaycan dili (Rus dili İngilis dili üstünlükdür)
  • Fikrini izah etmək qabiliyyəti
  • İşə planlı yanaşmalı
  • Detallara diqqət yetirməli
  • Fəal olmalı
  • Sürücülük vəsiqəsi, kateqoriyası BC
  • Şəxsi avtomobilinin olması
  • Ezamiyyə imkanları olması

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Şəhərin mərkəzində ofis
  • Bonus sistemi
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.