İşin təsviri
· Vəzifə Təlimatı
- Dövlət və özəl qurumlar tərəfindən elan edilən tenderlərin, kotirovka sorğularının və satınalma müsabiqələrinin gündəlik əsasda monitorinqinin aparılması
- Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərin seçilməsi və ilkin təhlilinin edilməsi
- Tender sənədlərinin (texniki tapşırıq, ixtisas göstəriciləri, müqavilə şərtləri və s.) ətraflı şəkildə öyrənilməsi və qiymətləndirilməsi
- Tenderdə iştirak üçün tələb olunan bütün sənədlərin (hüquqi, maliyyə, texniki, kommersiya) hazırlanması, toplanması və sistemləşdirilməsi
- Müvafiq struktur bölmələrindən (istehsalat, maliyyə, hüquq, logistika və s.) lazımi məlumatların toplanması və koordinasiyanın təmin edilməsi
- Tender təkliflərinin texniki və kommersiya hissələrinin hazırlanmasında aktiv iştirak
- Qiymət təkliflərinin formalaşdırılmasında maliyyə və kommersiya hesablamalarının aparılması
- Elektron satınalma portallarında (etender.gov.az və digər platformalar) qeydiyyat, sənədlərin yüklənməsi və prosesin düzgün icrasına nəzarət
- Tender təkliflərinin müəyyən olunmuş vaxt çərçivəsində və tələblərə uyğun şəkildə təqdim olunmasının təmin edilməsi
- Tender prosedurları zamanı sifarişçi qurumlarla yazışmaların və rəsmi əlaqələrin aparılması
- Tender nəticələrinin izlənilməsi, qalibiyyət və ya imtina səbəblərinin təhlil edilməsi
- Qazanılmış tenderlər üzrə müqavilə mərhələsinə keçid zamanı aidiyyəti şöbələrə məlumat və sənədlərin ötürülməsi
- Tender fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Tender qanunvericiliyi və satınalma qaydalarında baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi
- Şirkətin tender fəaliyyətinin effektivliyinin artırılması üçün təkliflərin verilməsi
Tələblər
Tələblər
- Təhsil: Ali
- Yaş həddi: 25-35
- İş təcrübəsi: min 3-5 il
- Kompüter biliyi: Microsoft Office , Outlook
İş şəraiti:
- 5günlük
- İstirahət şənbə və bazar günü
- Ünvan: Xətai (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.