İşin təsviri
- Müxtəlif əməliyyat sistemlərinin (Windows, Linux və s.) yüklənməsi və sazlanması;
- Kompüter və şəbəkə avadanlığının diaqnostikası və monitorinqi;
- Notebook, PC, printer və digər şəbəkə avadanlıqlarına proqram təminatının yüklənməsi və texniki qulluq edilməsi;
- İstifadəçilərdən gələn texniki sorğuların qəbul edilməsi və dəstək göstərilməsi;
- LAN və WiFi şəbəkələrinin işləməsinin təmin edilməsi və problemlərin həlli;
- Active Directory üzərində istifadəçilərin aktiv edilməsi, mail hesablarının yaradılması və idarə edilməsi;
- 1C sistemində istifadəçilərin qoşulmasının təmin edilməsi;
- Paylaşılan qovluqlarla (Folder Sharing) işləmək və icazələri idarə etmək;
- Ticketing sistemi vasitəsilə texniki məsələlərin idarə edilməsi və həll olunması;
- Aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
- İT sifarişlərinin 1C sistemində yerləşdirilməsi.
Tələblər
- Əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə biliklər;
- Kompüter və şəbəkə avadanlıqlarının iş prinsipləri və diaqnostikası üzrə biliklər;
- LAN və WiFi şəbəkələrinin qurulması və problemlərinin həlli;
- Active Directory ilə işləmə bacarığı;
- 1C sistemində istifadəçilərin idarə olunması üzrə biliklər;
- Folder Sharing və istifadəçi icazələrinin idarə edilməsi;
- Ticketing sistemləri ilə işləmə bacarığı;
- Problemlərin həllinə yönəlik analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
- Komandada işləmə və istifadəçilərlə effektiv kommunikasiya bacarığı.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Luxen Plaza;
- Korporativ nömrə verilir.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Əmək haqqı Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.