İşin təsviri
Təsvir
- İllik, rüblük və aylıq büdcə planlarının hazırlanması və konsolidasiyası
- Büdcə icrasına nəzarət, faktiki və plan göstəricilərinin müqayisəli təhlili
- Maliyyə sapmalarının analiz edilməsi və optimallaşdırma üzrə təkliflərin verilməsi
- Rəhbərlik üçün müntəzəm maliyyə hesabatlarının və analitik təqdimatların hazırlanması
- Gəlir və xərclərin proqnozlaşdırılması (forecasting) və risklərin qiymətləndirilməsi
- Büdcələmə prosesləri üzrə daxili qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsi
- Komandanın idarə olunması, iş bölgüsü və əməkdaşların performansının qiymətləndirilməsi
- Audit proseslərində iştirak və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi
- Digər şöbələrlə koordinasiya edərək strateji qərarların maliyyə əsaslandırılmasının təmin edilməsi
Tələblər
- Iş təcrübəsi:Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi
- Təhsil:Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə)
- Maliyyə sahəsi üzrə müvafiq sertifikatların olması
- Azərbaycan dili mükəmməl, rus və ya ingilis dili arzuolunandır
- MS Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı
- Analitik düşünmə və məsuliyyətlilik
İş şəraiti:
- 5günlük
- İstirahət şənbə, bazar
- Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.