İşin təsviri
- Akademiyanın fəaliyyətləri üzrə sənədlərin idarə edilməsini və nəzarətini həyata keçirmək
- Sənədlərin müəyyən edilmiş struktur, format və təsdiq prosedurlarına uyğunluğunu yoxlamaq
- Sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, təsdiqi, yenilənməsi və yayılmasını koordinasiya etmək
- Sənədlərin aktual versiyalarının istifadəsinə nəzarət etmək və köhnəlmiş versiyaların dövriyyədən çıxarılmasını təmin etmək
- Sənədlərin reyestrini və dəyişiklik tarixçəsini (Revision History) aparmaq və aktual saxlamaq
- Elektron və kağız daşıyıcılarda sənədlərin düzgün saxlanılmasını və əlçatanlığını təmin etmək
- Sənədlərin müəyyən edilmiş qaydalara uyğun arxivləşdirilməsini təmin etmək
- Aidiyyəti struktur bölmələrdən sənədlərin vaxtında təqdim edilməsini və yenilənməsini izləmək
- Xarici və daxili auditlər zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsinə dəstək vermək
- Sənədlərin ICAO, EASA, Azərbaycan Respublikasının müvafiq normativ tələblərinə və təşkilatın daxili prosedurlarına uyğunluğunun təmin edilməsində iştirak etmək
- Sənədlərin idarə edilməsi ilə bağlı hesabat və statistik məlumatları hazırlamaq
Tələblər
- Ali təhsil (aviasiya, idarəetmə, sənədləşmə, hüquq, mühəndislik və ya əlaqəli sahələr üzrə)
- Sənədlərin idarə edilməsi və nəzarəti prinsiplərini bilmək
- ICAO, EASA və Azərbaycan Respublikasının aviasiya sahəsində əsas normativ tələblərini bilmək
- Sənədlərin versiyalaşdırılması, dəyişikliklərin idarə edilməsi və arxivləşdirilməsi prinsiplərini bilmək
- Keyfiyyət idarəetməsi və Compliance Monitoring üzrə əsas prinsipləri bilmək
- Elektron sənəd idarəetmə sistemləri və MS Office proqramları ilə işləmək bacarığı
- Sənədlərlə işləmək və məlumatları düzgün strukturlaşdırmaq bacarığı
- Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı