İşin təsviri
- Təlim mərkəzinin ATO, FSTD və ATCO fəaliyyətləri üzrə Təhlükəsizliyin İdarəedilməsi Sisteminin (SMS) effektiv fəaliyyətinin təmin edilməsində iştirak etmək
- SMS-in ICAO standartları, EASA tələbləri və Azərbaycan Respublikasının müvafiq aviasiya qanunvericiliyinə və normativ tələblərinə uyğunluğunun təmin edilməsinə dəstək vermək
- Təhlükələrin (Hazard) müəyyən edilməsi, qeydiyyatı, təhlili və risklərin qiymətləndirilməsi proseslərini təşkil etmək və həyata keçirmək
- Təhlükəsizlik risklərinin qiymətləndirilməsi, risklərin azaldılması tədbirlərinin müəyyən edilməsi və onların effektivliyinin monitorinqində iştirak etmək
- Təhlükəsizlik göstəricilərinin (Safety Performance Indicators – SPIs) və təhlükəsizlik məqsədlərinin monitorinqində iştirak etmək
- Təhlükəsizlik üzrə məlumatların toplanması, təhlili və hesabatların hazırlanmasını təmin etmək
- Təhlükəsizlik hadisələri, insidentlər, uyğunsuzluqlar və digər safety-related məlumatların araşdırılmasında iştirak etmək
- Təhlükəsizlik hadisələrinin kök səbəblərinin (Root Cause) və sistemli faktorların müəyyən edilməsinə dəstək vermək
- Müvafiq hallarda düzəldici və qabaqlayıcı tədbirlərin (CAPA) hazırlanmasını, icrasını və effektivliyinin monitorinqini həyata keçirmək
- Safety Reporting System vasitəsilə daxil olan məlumatların təhlilini və izlənilməsini həyata keçirmək
- Təhlükəsizlik məlumatlarının məxfiliyinin və “Just Culture” prinsiplərinin qorunmasına riayət etmək
- ATO, FSTD və ATCO bölmələrində təhlükəsizliklə bağlı proseslərin monitorinqində iştirak etmək
- Təhlükəsizlik auditləri, inspeksiyalar, daxili qiymətləndirmələr və təhlükəsizlik sorğularının planlaşdırılması və həyata keçirilməsində iştirak etmək
- Audit və monitorinq nəticələri əsasında təhlükəsizlik risklərinin və tendensiyaların müəyyən edilməsinə dəstək vermək
- Təhlükəsizlik üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək
- Rəhbərliyə təhlükəsizlik göstəriciləri, əsas risklər, tendensiyalar və tələb olunan tədbirlər barədə məlumat təqdim etmək
Tələblər
- Ali təhsil (aviasiya, hava nəqliyyatı, mühəndislik, təhlükəsizlik, idarəetmə və ya əlaqəli sahələr üzrə)
- ICAO və EASA-nın SMS və təhlükəsizlik idarəetməsi üzrə əsas tələblərini bilmək
- ATO, FSTD və ATCO təlim fəaliyyətləri üzrə təhlükəsizlik və uyğunluq tələblərini bilmək
- Təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi prinsiplərini bilmək
- Safety Performance, Safety Assurance və Safety Reporting prinsiplərini bilmək
- Hadisələrin araşdırılması, kök səbəb təhlili (Root Cause Analysis) və düzəldici tədbirlərin idarə edilməsini bilmək
- Just Culture, təhlükəsizlik mədəniyyəti və Management of Change (MoC) prinsiplərini bilmək
- Aviasiya sahəsində audit, Compliance Monitoring və təhlükəsizlik məlumatlarının təhlili prinsiplərini bilmək
- Azərbaycan Respublikasının aviasiya sahəsində müvafiq normativ-hüquqi tələblərini bilmək