Video kontent üzrə mütəxəssis (Videoqraf)

21 Avqust 2025
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Marketinq strategiyamızı inkişaf etdirmək və satışlarımızı artırmaq üçün komandamıza Video kontent üzrə mütəxəssis (Videoqraf) axtarırıq.

Vəzifələr:

  • Brendin strategiyasına uyğun video kontentlərin hazırlanması və montajı;
  • Çəkilişin planlaşdırılması, icrası və post-prodakşn prosesi (montaj, rəng düzəlişi və s.)
  • Sosial media və digər platformalar üçün qısa və uzun video çarxların hazırlanması;
  • Məhsullarımız barədə videolar (Reels, Stories) çəkmək və montaj etmək, lazım olduqda mobil telefon vasitəsilə sürətli və keyfiyyətli çəkilişlər həyata keçirmək və maraqlı və yaradıcı kontent ideyaları hazırlamaq;
  • Çəkiliş prosesinin təşkili və icrası (kamera, işıqlandırma, səs avadanlıqları ilə işləmə),
  • Ssenariyə uyğun storyboard və kontent ideyalarının hazırlanması və mövcud video kontentlərin optimizasiyası və yenilənməsi;
  • Peşəkar kamera və işıq avadanlıqları ilə işləmə bacarığı;
  • Adobe Premiere Pro, Final Cut Pro və ya digər montaj proqramlarında təcrübə;
  • Rəqəmsal platformalar üçün uyğun qısa formatlı video kontent yaratma bacarığı
  • Yaradıcılıq və estetik baxış

Tələblər:

  • Videoqrafiya və montaj sahəsində minimum 1-2 il təcrübə
  • Adobe Premiere Pro, After Effects, DaVinci Resolve və digər montaj proqramlarında peşəkar səviyyədə işləmək bacarığı
  • Kamera və avadanlıqlarla işləmək təcrübəsi
  • Kreativ düşüncə, vizual hissiyat və detallara diqqət və trendləri izləmək və yeniliklərə açıq olmaq
  • Komanda ilə işləmə bacarığı və operativlikvə səlis danışıq, ünsiyyətcil olmaq.
  • Kreativ düşüncə və problem həll etmə bacarığı
  • Komanda ilə işləmə və idarəetmə qabiliyyəti

Əmək şəraiti:

  • İş qrafiki: 6 günlük, şənbə qısa iş günü;
  • Mehriban və peşəkar kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Əmək haqqı: təcrübədən asılı olaraq müsahibə zamanı təyin ediləcəkdir.

Üstünlük sayılacaq:

  • Bəy namizəd
  • Fotoqrafiya bilikləri
  • Motion design bilikləri (After Effects, Blender və s.)
  • Sosial media kontent strategiyası üzrə anlayış
  • YouTube, TikTok və Instagram üçün optimallaşdırma təcrübəsi
  • Şəxsi fotoaparıtı olan namizədlərə üstünlük verilir.

Maraqlanan namizədlər öz CV-lərini hr@miniso.co.az elektron poçt ünvanına göndərə bilərlər.