Kontent meneceri

30 Oktyabr 2026
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Minor Şirkətlər Qrupuna daxil olan şirkətlərin sosial media kontentini hazırlayacaq Kontent menecer axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Sosial media hesabları (Instagram, TikTok, Facebook) üçün aylıq kontent planının hazırlanması
  • Post, story və reels üçün mətnlərin yazılması
  • Reels və video ssenarilərinin hazırlanması
  • Dizayner və çəkiliş qrupu üçün brif hazırlanması, işin vaxtında hazır olmasına nəzarət
  • Yeni məhsullar, endirimlər və kampaniyalar haqqında kontent hazırlanması
  • Məhsulların istifadəsi və faydaları ilə bağlı məlumatlandırıcı kontent hazırlanması
  • Paylaşımların vaxtında edilməsi
  • Kosmetika və təmizlik sahəsində trendlərin və rəqiblərin izlənməsi
  • Kontentin nəticələrinin izlənməsi və aylıq hesabat hazırlanması
  • Qrupun digər şirkətlərinin kontentləri üçün təkliflər hazırlamaq
  • Lazım olduqda qrupun digər şirkətləri üçün ssenarilərin hazırlanmasına dəstək vermək

Namizədə tələblər:

  • Marketinq və ya müvafiq sahədə ali təhsil üstünlükdür
  • SMM, kontent yaradılması və ya kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dilində səliqəli və təbii yazı bacarığı
  • Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı
  • Reels və trend kontent formatlarını yaxşı bilmək
  • Yaradıcı, məsuliyyətli və komandada işləməyi bacaran

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün
  • Əmək haqqı: 700 AZN

Maraqlanan namizədlər öz CV-lərini info@minorgroup.az elektron poçt ünvanına göndərə bilərlər.