Keyfiyyətə nəzarət üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Görülən işlərin keyfiyyətinə mövcud norma və standartlara uyğun şəkildə nəzarət etmək
  • Geoloji, beton və digər müvafiq laboratoriyalarla əlaqə saxlamaq və işləri koordinasiya etmək
  • Yoxlama (inspeksiya) zamanı sifarişçi tərəfindən bildirilən irad və tələblərə əsasən yaranan uyğunsuzluqların səbəblərini müəyyən etmək və aradan qaldırılmasını təmin etmək
  • İş prosesləri və daxili təlimatların normativ sənədlərin tələblərinə uyğun icra olunmasına nəzarət etmək
  • Layihəyə daxil olan materialların qəbul zamanı keyfiyyət yoxlamasını aparmaq
  • Layihə üzrə keyfiyyət risklərini müəyyən etmək və qiymətləndirmək

Tələblər:

  • Keyfiyyətin idarə olunması sistemi üzrə ümumi nəzəri biliklər
  • Layihəyə daxil olan materiallara nəzarət sistemi və müvafiq qeydiyyat qaydaları haqqında biliklər
  • Fövqəladə Hallar Nazirliyinin monolit beton konstruksiyalarına nəzarət qaydaları barədə məlumatlı olmaq
  • Dəmir-beton işlərini tənzimləyən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyi bilmək
  • Layihə sənədlərinin AutoCAD proqramı vasitəsilə oxunması və icra üsulları üzrə biliklər
  • Müvafiq sahə üzrə ali təhsil və ya ali təhsil ilə yanaşı 1–3 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Tikinti sahəsində keyfiyyətə nəzarət (mülki işlər üzrə) üzrə 1–3 il iş təcrübəsi;
  • Dəqiq, məsuliyyətli olmaq və operativ qərarvermə bacarığı;
  • Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və yüksək məsuliyyətlilik.

İş şərtləri:

  • İş yeri: Tikinti sahələri
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Vakansiya növü: Tam ştat
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin hr@modulx.az elektron poçt ünvanına mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” başlığı yazmaqla göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.