SƏTƏM üzrə menecer

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Şirkətdə əməyin mühafizəsi, iş təhlükəsizliyi, sağlamlıq və ətraf mühit üzrə siyasətlərin hazırlanması, tətbiqi və daimi nəzarətini təmin etmək;
  • Risklərin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və onların minimuma endirilməsi üzrə tədbirlər planı hazırlamaq;
  • Fövqəladə hallar planlarının hazırlanması, işçilərin mütəmadi təlimatlandırılması və fövqəladə hallara hazırlığının yoxlanılması;
  • Qəza, insident və yaxın insidentlərin səbəblərini araşdırmaq, kök səbəb təhlili aparmaq, nəticələri rəhbərliyə hesabat şəklində təqdim etmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Sahələrdə mütəmadi auditlər və yoxlamalar aparmaq, SƏTƏM üzrə uyğunsuzluqları aşkar etmək və düzəldici tədbirlər görmək;
  • İşçilərin işə başlamazdan öncə və iş müddətində mütəmadi SƏTƏM təlimatlarını və maarifləndirmə sessiyalarını təşkil etmək;
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək və təmin etmək;
  • Dövlət orqanları və digər aidiyyatı qurumlarla əlaqə saxlamaq, qanunvericiliklə tələb olunan hesabatların hazırlanmasını və təqdim olunmasını təmin etmək;
  • Beynəlxalq standartlara uyğunluğun təmin olunmasına nəzarət etmək;
  • Ətraf mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi, tullantıların idarə olunması və ekoloji risklərin azaldılması istiqamətində layihələrə rəhbərlik etmək.
  • Gündəlik və aylıq hesabatları tərtib etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

Tələblər:

  • Ali təhsil (əmək mühafizəsi, mühəndislik, ekologiya və ya əlaqəli sahələr üzrə);
  • Ən azı 5 illik iş təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühit üzrə idarəçilik təcrübəsi (minimum 3 il tikinti sahəsi üzrə olmaqla )olmalı;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik sahəsində qüvvədə olan qanunvericiliyini yaxşı bilməli;
  • Risklərin qiymətləndirilməsi, insident araşdırılması və hesabat hazırlama bacarığı;
  • Beynəlxalq SƏTƏM standartları və sertifikatlarına dair biliklər;
  • Güclü liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolandır);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Komandada işləməyi bacarmaq, məsuliyyətli və nəticəyönümlü olmaq;

İş şərtləri:

  • İş günləri: 6 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -14:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin hr@modulx.az elektron poçt ünvanına mövzu yerində “SƏTƏM üzrə menecer” başlığı yazmaqla göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.