İşin təsviri
- Təhkim olunmuş terminal açarlarının, əmlakın və ehtiyat hissələrinin daimi mövcudluğuna nəzarət etmək.
- Terminalların uzunmüddətli və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə profilaktik baxışları həyata keçirmək, cari təmir və bərpa işlərini yerinə yetirmək.
- Təhkim olunmuş ərazini coğrafi baxımdan yaxşı tanımaq və operativ şəkildə fəaliyyət göstərmək.
- Ərazi üzrə görülən texniki işlər barədə məlumatları düzgün və dolğun şəkildə onlayn rejimdə aparıcı texnikə elektron poçt vasitəsilə təqdim etmək.
- İş rejimi qaydalarına riayət etmək və əraziyə çıxış-qayıdış prosesini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək.
- İş vaxtının sonuna yaxın terminalda müştərinin kartının qalması hallarında dərhal hadisə yerinə gedərək kartı çıxarmaq və müştəri məmnuniyyətini təmin etmək.
- Terminalın daxilində, pulqəbuledicidə və kasetdə aşkar edilən vəsaiti təlimata uyğun şəkildə müvafiq hesaba keçirmək, mümkün olmadıqda isə ofisə gətirərək aidiyyəti üzrə təhvil vermək.
- Zərurət yarandıqda görülən işləri foto və qısa video görüntülərlə qeydə almaq.
- İş geyiminin, eləcə də şəxsi görünüşün (üz və saçın) daim səliqəli olmasını təmin etmək.
- İş zamanı rəhbərlik, iş yoldaşları, terminalın quraşdırıldığı obyekt sahibləri, abonentlər və digər şəxslərlə etik davranış qaydalarına riayət etmək.
- Texniki bilik və bacarıqları mütəmadi olaraq inkişaf etdirmək.
- Rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və çevik şəkildə yerinə yetirmək.
Tələb Olunan Bacarıqlar
- Windows 7 əməliyyat sisteminin quraşdırılması və drayverlərin tam şəkildə yüklənməsi üzrə praktiki bilik.
- Linux əməliyyat sistemi üzrə əsaslı biliklər.
- Sistem blokunun daxili quruluşu (Hardware) haqqında yaxşı bilik.
- Elektrik əsasları, o cümlədən gərginlik, cərəyan və müqavimət arasındakı əlaqələr (Om qanunu) barədə ilkin bilik.
- Kompüter avadanlıqlarının diaqnostikası və texniki nasazlıqların aradan qaldırılması bacarığı.
- Problemləri operativ həll etmə və məsuliyyətli işləmə bacarığı.
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.