İnsan Resursları üzrə kiçik mütəxəssis/mütəxəssis

İşin təsviri

  • Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin hazırlanması, vəzifə təlimatlarının, iş təlimatlarının imzalanması, elektron sistemə bildirişləri daxil etmək, icbari sığorta məlumatlarını yeniləmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və tam məlumatı təqdim etmək.
  • İşə qəbul, işdən azad edilməsi, məzuniyyət,ezamiyyət və digər ƏMR-lərin hazırlanması və maliyyə departamentinin məlumatlandırılması

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi biliyi
  • Sahə üzrə 1 il iş təcrübəsi

Qeyd: Vakansiya müvəqqətidir və analıq məzuniyyətinə çıxan əməkdaşın işə qayıdışına qədər olan dövrü əhatə edəcəkdir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.