Məlumatların idarəedilməsi üzrə aparıcı mütəxəssis (Data Governance)

İşin təsviri

  • Şirkətdə Data Governance strategiyasının sıfırdan hazırlanması və tətbiqi;
  • Data idarəetmə siyasəti, standartları və prosedurlarının yaradılması və dəstəklənməsi;
  • Data idarəetməsində rolların və məsuliyyətlərin müəyyənləşdirilməsi;
  • Məlumat keyfiyyətinin təmin olunması və metadataların idarə edilməsi;
  • Azərbaycan qanunvericiliyinə və fintex tənzimləmələrinə uyğunluğun təmin olunması;
  • İT, hüquq şöbəsi, biznes bölmələri və digər maraqlı tərəflərlə əməkdaşlıq;
  • İşçilərin Data Governance üzrə təlimatlandırılması;
  • Data idarəetmə alətlərinin seçimi və tətbiqində iştirak.

Tələblər:

  • İT, maliyyə, hüquq və ya əlaqəli sahələrdə ali təhsil;
  • Data Governance sahəsində ən azı 3 il iş təcrübəsi, sıfırdan proseslərin yaradılması təcrübəsi mütləqdir;
  • Azərbaycan qanunvericiliyini, o cümlədən şəxsi məlumatların qorunması sahəsində bilik;
  • Fintex və ya maliyyə sahəsində iş təcrübəsi üstünlükdür;
  • Data İdarəetmə prinsipləri (DAMA DMBOK, DCAM və ya oxşar metodologiyalar) üzrə dərin bilik;
  • Korporativ məlumatların strukturunu və axınlarını başa düşmək (əsas məlumatlar, əməliyyat məlumatları, istinad məlumatları);
  • Məlumatların idarə edilməsi alətləri üzrə biliklər: Collibra, Informatica, Talend, Alation və s. – artı;
  • Fərdi məlumatların emalı, saxlanması və mühafizəsi ilə bağlı Azərbaycan qanunvericiliyi, habelə uyğunluq tələbləri (o cümlədən AML/KYC, Azərbaycan Mərkəzi Bankı və beynəlxalq standartlar) üzrə biliklər;

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;