İşin təsviri
İş Yeri: Bakı, N1 Çörək Zavodu (Ukrayna dairəsi yaxınlığı)
Tələblər:
- Təhsil: Texniki (Ali təhsil arzuolunandır)
- Yaş həddi: 30-45 yaş
- Cinsi: Kişi/Qadın
- İSO 17025 sertifikatı (arzuolunandır)
- Laboratoriya sahəsində təcrübə
- Qida təhlükəsizliyi standartları, qanunvericilik və texniki normativ sənədlərlə iş aparmaq
- qabiliyyəti
- Mikrobioloji və fiziki-kimyəvi analiz metodların biliyi
- İş təcrübəsi: Minimum 3 il
İş barədə məlumat:
- Laboratoriya əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və onların işinə nəzarət etmək
- Xammal,qablaşma materialları,yarımfabrikat və hazır məhsullardan nümunələrin götürülməsi və analizlərin aparılmasını təşkil etmək
- Laboratoriya sənədlərinin,jurnal və protokolların düzgün aparılmasına nəzarət etmək
- Analiz nəticələrinin qeydiyyatını aparmaq,hesabat hazırlamaq və şöbə rəhbərinə təqdim etmək
- Məhsulun keyfiyyət göstəricilərinin normativ sənədlərin ve spesifikasiyaların tələblərinə uyğunluğu yoxlamaq
İş Şərtləri
- İş növbəsi: Bazar ertəsi – cümə
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
- Yemək: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini “Baş Laborant” başlığı ilə hr@n1chorek.az elektron poçt ünvanına göndərə bilərlər.