Backend mühəndisliyi üzrə təcrübəçi

İşin təsviri

Milli Süni İntellekt Mərkəzi backend texnologiyaları üzrə təməl biliklərə sahib olan və bu sahədə peşəkarlaşmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Təcrübə proqramı müddətində namizəd peşəkar mühitdə

real layihələrin icrasına cəlb olunacaq, mürəkkəb sistemlərin qurulma prinsiplərini öyrənəcək və yüksək keyfiyyətli kod yazma bacarıqlarını təkmilləşdirəcəkdir.

Tələblər

Kimlər müraciət edə bilər?

  • 3-cü kursu bitirən tələbələr və məzunlar
  • Müvafiq ixtisas üzrə təhsil alan və ya bu sahədə inkişaf etmək istəyən namizədlər

Tələb edilən texniki bilik və bacarıqlar:

  • Proqramlaşdırma təməli: Ən azı bir Backend dilində (Python, Java, C#, Go və ya Node.js) sintaksisə hakim olmaq və təmiz, oxunaqlı kod yazmaq bacarığı;
  • OOP və Prinsiplər: Obyekt yönümlü proqramlaşdırma (OOP) prinsiplərini anlamaq (SOLID və DRY kimi yanaşmalar haqqında məlumatlı olmaq üstünlükdür);
  • Verilənlər Bazası: SQL (PostgreSQL, MySQL) və ya NoSQL bazaları ilə ilkin tanışlıq, sadə SQL sorğularını yaza bilmək;
  • Şəbəkə və API: HTTP/HTTPS protokollarının işləmə prinsipi və RESTful API arxitekturası haqqında nəzəri məlumat;
  • Alqoritmik düşüncə: Əsas data strukturlarını (array, list, map) tanımaq və məntiqi problemləri həll etmək qabiliyyəti;
  • Versiya idarəetməsi: Git (GitHub/GitLab) ilə işləmək və komanda daxilində kod paylaşımı proseslərindən xəbərdar olmaq (arzuolunandır).

Tələb edilən yumşaq bacarıqlar:

  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Effektiv ünsiyyət bacarığı;
  • Məsuliyyət və detallara diqqət.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00
  • Müddət: 3 ay
  • Təcrübə proqramı ödənişlidir
  • Real iş mühitində praktiki təcrübə qazanmaq imkanı