DevOps mühəndisliyi üzrə təcrübəçi

İşin təsviri

Bu proqram çərçivəsində siz Devops mühitinin qurulması, idarə edilməsi və ümumi menecmenti ilə bağlı praktiki biliklər əldə edəcəksiniz. Eyni zamanda real iş mühitində komandamızla birlikdə çalışaraq təcrübə qazanacaqsınız.

Tələblər

Kimlər müraciət edə bilər?

  • 3-cü kursu bitirən tələbələr və məzunlar
  • Müvafiq ixtisas üzrə təhsil alan və ya bu sahədə inkişaf etmək istəyən namizədlər

Tələb edilən texniki bilik və bacarıqlar:

  • Unix/Linux distribusiyaları üzrə əsas biliklər (Ubuntu,Centos,Almalinux);
  • Docker konteyner texnologiyaları üzrə biliklər;
  • İlkin şəbəkə prinsipləri üzrə anlayış (TCP UDP DNS Load Balancing);
  • CI/CD prosesləri haqqında ümumi biliklər (Gitlab Cİ, Github Actions);
  • Kubernetes klaster mühitləri ilə tanışlıq.

Tələb edilən yumşaq bacarıqlar:

  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Effektiv ünsiyyət bacarığı;
  • Məsuliyyət və detallara diqqət.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00
  • Müddət: 3 ay
  • Təcrübə proqramı ödənişlidir
  • Real iş mühitində praktiki təcrübə qazan