İşin təsviri
Bu təcrübə proqramı çərçivəsində sizə Süni intellekt komandamıza qoşulmaq və süni intellekt sahəsində praktiki bilik və bacarıqlar əldə etmək imkanı təqdim olunur. Təcrübəçi olaraq siz təcrübəli mütəxəssislərlə birlikdə işləyəcək və real layihələrə töhfə verəcəksiniz.
Tələblər
Kimlər müraciət edə bilər?
- 3-cü kursu bitirən tələbələr və məzunlar
- Müvafiq ixtisas üzrə təhsil alan və ya bu sahədə inkişaf etmək istəyən namizədlər
Tələb edilən texniki bilik və bacarıqlar:
- Linux sistem inzibatçılığı üzrə əsas biliklər;
- Docker üzrə əsas biliklər;
- Kubernetes orkestrasiyası üzrə baza bilikləri;
- Python (FastAPI/Flask) dilində kod yazmaq bacarığı;
- Şəbəkə əsasları (Load Balancing, Port Forwarding) üzrə baza bilikləri;
- Helm kimi DevOps alətləri ilə ilkin tanışlıq.
Tələb edilən yumşaq bacarıqlar:
- Problem həll etmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Effektiv ünsiyyət bacarığı;
- Məsuliyyət və detallara diqqət.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00
- Müddət: 3 ay
- Təcrübə proqramı ödənişlidir
- Real iş mühitində praktiki təcrübə qazanmaq imkanı