Admin operator

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Hazırda şirkətimizə Admin operator vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Əsgəranda yerləşən Beton zavodu

Tələblər:

  • Orta təhsil;
  • Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Davamlı inkişaf;
  • Keyfiyyət yönümlülük,
  • Bütövlük.

Əsgəran, Xankəndi, Ağdam və yaxın ərzailərdə yaşayan namizədlərə üstünlük verilir.

Vəzifə və Öhdəliklər:

  • Zavodda ümumi ərazilərin, yeməkxananın, ofislərin və yaşayış binalarının təmizlənməsi və səliqəli saxlanılması
  • Zibil qutularını müntəzəm olaraq boşaltmaq və tullantıların düzgün idarə olunmasını təmin etmək;
  • Elektrik, su və digər mühəndis kommunikasiyalarında kiçik nasazlıqların aradan qaldırılmasına dəstək vermək və lazımi hallarda texniki heyətə məlumat vermək;
  • Sadə təmir işlərinə (məsələn, qapıların düzəldilməsi, boruların sızmasının qarşısını almaq, ampüllərin dəyişdirilməsi) kömək etmək;
  • Təmir, təchizat və digər məqsədlər üçün materialların daşınması, anbarlanması və paylanması;
  • Düşərgədə zibillərin toplanması və müəyyən olunmuş yerlərə daşınması;
  • Gələn təchizatların boşaldılması, saxlanılması və lazım olan bölmələrə çatdırılması;
  • Düşərgədə iş zamanı təhlükəsizlik və sağlamlıq qaydalarına riayət etmək, fövqəladə hallar zamanı prosedurları yerinə yetirmək;
  • İş prosesində istifadə olunan alət və avadanlıqların təmiz saxlanılması və qaydalara uyğun istifadəsi;
  • Mümkün lazım olan digər köməkçi işlərdə iştirak etmək;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq müxtəlif əlavə işlərin görülməsi.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@normbeton.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.