İşin təsviri
Hazırda şirkətimizə Biznesin Analitikası üzrə Kiçik Mütəxəssis (Müvəqqəti əvəzetmə) tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Maliyyə və ya İqtisadiyyat üzrə ali təhsil
- Əlaqədar sahə üzrə ən azı 1-2 il iş təcrübəsi
- MS Office proqramlarında işləmə bacarığı
- Əla səviyyədə ingilis dili biliyi
- SAP biliyi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Kommersiya məlumatlarının (bazar və biznes) müqayisəsi, təhlili, hazırlanması, saxlanması və müntəzəm hesabatların verilməsinin təmin edilməsi;
- Statistik məlumatların əldə edilməsi, saxlanması və analitik dəstəyin təmin edilməsi;
- Bazar araşdırmalarının mütəmadi həyata keçirilməsi, təhlili, müqayisəsi və hesabatların təqdim edilməsi (bazar, qiymət və müqayisəli təhlil);
- Bazarın vəziyyətinin araşdırılması, məlumatların əldə edilməsi və biznes qərarlarının verilməsi üçün səmərəli təkliflərin irəli sürülməsi;
- Bazarın genişləndirilməsi ilə əlaqədar strateji layihələrin həyata keçirilməsi/dəstəklənməsi;
- Kommersiya şöbəsi üçün səciyyəvi bütün hesabatların vaxtında tərtib edilməsi;
- Vertikal inteqrasiya üzrə alternativ biznesin inkişaf istiqamətlərinin təhlili;
- Biznesin inkişafı üçün sənaye yönümlü bençmarkların layihələndirilməsi və aparılması;
- Biznes inkişaf layihələrinin həyata keçirilməsi və nəzarəti;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.