İşin təsviri
Hazırda şirkətimizə Mexaniki Layihələr üzrə Mühəndis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Mexanika mühəndisliyi üzrə ali təhsil;
- Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi;
- Layihələrin idarə edilməsi sahəsində təcrübə;
- AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları;
- Layihə idarəetmə proqramlarında istifadə bacarıqları;
- Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları;
- Yüksək səviyyədə ingilis dili biliyi;
- Müvafiq mühəndislik standartları və kodları üzrə biliklər;
- Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı;
- Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı;
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Texniki avadanlıqların təmiri və baxımına nəzarət etmək;
- Layihə planlarını hazırlamaqda və layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq;
- Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək;
- Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək;
- Detallı layihə planlarını hazırlamaq və
- İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək;
- Dizayn və ya tətbiqin mümkünlüyünü müəyyən etmək üçün müştəri dizayn təklifləri, spesifikasiyalar və təlimatlar kimi məlumatları araşdırmaq və təhlil etmək;
- Quraşdırmaların və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək;
- İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını qurmaq üçün detallı hesablamalar aparmaq;
- Layihənin əhatə dairəsi, müddəti və büdcəsi daxil olmaqla detallı layihə planını hazırlamaq;
- Mexaniki mühəndislik layihələrində planlaşdırılmasına və konseptual dizaynına rəhbərlik etmək;
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.