İşin təsviri
Hazırda şirkətimizə MRP üzrə Kiçik Mütəxəssis axtarırıq.
İş yeri: Seçilən namizəd həm zavod ofisində (Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.), həm də şəhər ofisində (8 noyabr prospekti, Baku Bay Tower) çalışacaqdır.
Əsas vəzifə və öhdəliklər:
- Sənəd İdarəetmə Sisteminin (DMS) daxili administratoru kimi fəaliyyət göstərmək, istifadəçilərin idarə olunmasını, giriş hüquqlarının tənzimlənməsini və dəstək və təkmilləşdirmələr üzrə vendorlarla koordinasiyanı həyata keçirmək;
- Rəqəmsal həllərin uğurla tətbiqi və effektiv istifadəsini dəstəkləmək məqsədilə layihə komandaları, proses sahibləri və son istifadəçilərlə əməkdaşlıq etmək;
- Mövcud və hədəf proseslərin, texniki tələblərin və istifadəçi ehtiyaclarının sənədləşdirilməsini dəstəkləmək;
- Jira, MS Project və digər layihə idarəetmə alətlərindən istifadə etməklə layihə tapşırıqlarını və vaxt qrafiklərini izləmək;
- Test fəaliyyətlərində, son istifadəçi rəy sessiyalarında və təlimlərin həyata keçirilməsində iştirak etmək;
- Rəqəmsallaşdırma təşəbbüsləri ilə bağlı daxili təqdimatlar, hesabatlar və idarəetmə panelləri (dashboard) hazırlamaq;
- Proseslərdəki səmərəsizliklərin müəyyən edilməsini dəstəkləmək və davamlı təkmilləşdirmə fəaliyyətlərinə töhfə vermək;
- Test və canlı istifadəyə keçid (go-live) mərhələlərində birinci səviyyəli dəstək göstərmək;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Tələblər:
- İT, Biznesin İdarəedilməsi, Sənaye Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Rəqəmsal transformasiya, ERP və ya proseslərin optimallaşdırılması layihələrində 2 il iş təcrübəsi
- Güclü analitik düşüncə, ünsiyyət və komanda ilə işləmə bacarıqları
- Microsoft Excel, PowerPoint və layihələrin izlənilməsi alətləri üzrə biliklər
- ERP sistemləri (məsələn, SAP) və iş axını (workflow) alətləri ilə tanışlıq
- Əla səviyyədə ingilis dili biliyi
Tələb olunan kompetensiyalar
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
İmtiyazlar
- Könüllü tibbi siğorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.