Quyu-tamponaj Sementi və Satışı üzrə Mühəndis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

Tələblər:

  • Satışın idarə olunması, neft-qaz sənayesi, quyuların istismarı, quyuların sementlənməsi və əlaqədar sahədə ali təhsil
  • Neft-qaz sənayesi, quyuların istismarı, tikinti materiallarının istehsalı prosesi üzrə biliklər
  • Sənaye standartlarına dair əsas biliklər
  • Bazar monitorinqi aparmaq bacarığı
  • Müvafiq sahədə 3-5 il təcrübə
  • Əla səviyyədə İngilis dili biliyi
  • Güclü kommuniasiya və təqdimat bacarığı
  • MS Office proqramları üzrə bacarıqlar
  • B1, B kateqoriyalarında sürücülük vəsiqəsi

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilərə şirkətin məhsul və xidmətlərini effektiv şəkildə təqdim etmək məqsədilə texniki və kommersiya yönümlü təqdimatların hazırlanması və keçirilməsi;
  • Yerli və beynəlxalq bazarın sistemli monitorinqinin aparılması, potensial müştərilərin müəyyənləşdirilməsi və onların Norm məhsulları üzrə ehtiyaclarının dərin təhlili;
  • Müştərilərlə müqavilə danışıqlarında aktiv iştirak etmək, müqavilə və digər kommersiya sənədlərinin hazırlanması və razılaşdırılması prosesini koordinasiya etmək;
  • Müştərilərlə ödəniş şərtləri və kredit xətti prosedurlarının idarə olunması, risklərin qiymətləndirilməsi və rəhbərliyə əsaslandırılmış təkliflərin təqdim edilməsi;
  • Quyu-tamponaj sementi üzrə bazar araşdırmalarının aparılması, nəticələrin təhlili və rəhbərlik üçün analitik hesabatların hazırlanması;
  • Müştərilərin məhsul keyfiyyəti ilə bağlı texniki dəstək ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin kök səbəb analizinin aparılması və həll yollarının təşəbbüsü;
  • Bazarın davamlı təhlili əsasında yeni biznes imkanlarının araşdırılması, kommersiya planlarının hazırlanması və icrasına nəzarət;
  • Müştəri tələblərinin düzgün anlaşılması və optimal həllərin təqdim edilməsi məqsədilə satış, marketinq, logistika və texniki komandalar arasında koordinasiyanın təmin edilməsi;
  • Satış prosesinin bütün mərhələlərinə nəzarət (təklif, danışıqlar, sifariş, qiymət razılaşması, çatdırılma və post-satış dəstəyi) və müştəri münasibətlərinin davamlı idarə olunması;
  • Hədəf müştərilər üzrə satış və marketinq strategiyalarının formalaşdırılması üçün bazar məlumatlarının və müştəri rəylərinin təhlili;
  • Proseslərin təkmilləşdirilməsi üçün inkişaf sahələrinin müəyyən edilməsi, risk və problemlərin qiymətləndirilməsi və rəhbərliyə strukturlaşdırılmış təkliflərin təqdim olunması;
  • Satış hədəflərinin planlaşdırılması, icrasına nəzarət və müəyyən edilmiş kvotalara nail olunmasının təmin edilməsi;
  • Müştəri ehtiyaclarının məhsulun gələcək inkişafı üçün müvafiq şöbələrə sistemli və əsaslandırılmış şəkildə çatdırılması;
  • Kompleks və uzunmüddətli satış dövrlərində strateji planların hazırlanması və satış komandası ilə birgə icrası;
  • TMS Pro sistemində quyu-tamponaj sementi üzrə bütün müraciət və şikayətlərin qeydiyyatına nəzarət və məlumatların düzgünlüyünün təmin edilməsi;
  • Təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat meyarları üzrə ətraflı təhlili və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğun təmin edilməsi, audit proseslərinə hazırlıq və iştirak;
  • Fövqəladə hallarda təhlükəsizlik prosedurlarına və təxliyyə planına uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta
  • Servis avtobusu
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.