İşin təsviri
- LLM əsaslı tətbiqlərin (chatbot, agent, RAG sistemləri) layihələndirilməsi və hazırlanması
- Prompt engineering (template-lər, versiyalama, guardrails)
- OpenAI, Anthropic, Google Gemini kimi API-larla inteqrasiya
- AI nəticələrinin performansının qiymətləndirilməsi və optimallaşdırılması (dəqiqlik, uyğunluq, stabil cavab)
- Komanda üzvləri ilə birgə AI strategiyasının müəyyənləşdirilməsi
- Biznes use case-ləri üçün data contract yanaşmasının qurulması: Excel/CSV formatlarının standartlaşdırılması, schema validation, mapping
- Nəticələrin strukturlaşdırılması və saxlanması üçün Postgres/SQL əsaslı data layer ilə işləmək (result tables, metadata)
- Hallusinasiyanı azaltmaq üçün nəzarət mexanizmləri: “don’t guess” qaydaları, structured output (JSON/tablolar), “needs review” statusları
- Audit/logging tələblərinin tətbiqi: kim/nə vaxt/hansı sorğu/nəticə izlənə bilsin (governance)
- ERP və digər korporativ sistemlərə inteqrasiya olunan AI həllərində workflow düşüncəsi
Tələblər:
- Python proqramlaşdırma dilini mükəmməl bilmək (3+ il təcrübə)
- LLM API-larla (OpenAI, Anthropic, Cohere və s.) iş təcrübəsi
- LangChain, LlamaIndex və ya oxşar freymvorklarla təcrübə
- RAG (Retrieval-Augmented Generation) arxitekturalarını anlamaq
- Vector verilənlər bazaları (Pinecone, Weaviate, Chroma) ilə tanışlıq (alternativ: pgvector anlayışı)
- AI/ML konsepsiyaları üzrə möhkəm nəzəri bilik
- Azərbaycan və ya rus dilini sərbəst, ingilis dilini texniki səviyyədə bilmək
Üstünlük sayılan bilik və bacarıqlar:
- Açıq mənbəli LLM modelləri (Llama, Mistral) ilə iş təcrübəsi
- Cloud platformalar (AWS, GCP, Azure) ilə tanışlıq
- AI məhsulların istehsalata çıxarılması təcrübəsi (prod readiness, monitoring, cost control)
- SQL/Postgres və data keyfiyyəti (validation, reconciliation) üzrə praktiki biliklər
Namizədlərdən CV-lərini “AI Mühəndisi” başlığı ilə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.