Mühasib (kənd təsərrüfatı məhsullarının istehsalı)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat uçotunun təşkil edilməsi;
  • Mühasibat sənədlərinin tərtib edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
  • Aylıq və rüblük vergi hesabatlarının hazırlanması, illik mənfəət bəyannaməsinin tərtib edilməsi
  • Sənədlər və mühasıbat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunverıcilikdə müəyyən olunmuş müddət ərzində müvafiq orqanlara göndərilməsini təmin etmək;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • E-taxes.gov.az və s. portallardan istifadə etmək;
  • Analitik təhlil etmə qabiliyyəti, uçotunun aparılması;
  • Bank əməliyyatların aparılması;
  • Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;

Tələblər:

  • Ali iqtisadi təhsil (mühasibatlıq ixtisası üzrə təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Maliyyə, vergi və təsərrüfat qanunvericiliyi üzrə biliklər;
  • Maliyyə hesabatlarının hazırlanma forma və qaydalarını bilmək;
  • Müəssisədə mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatlarla işləmə bacarığı;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi analiz metodlarını bilmək;
  • Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və digər qiymətlilərin qəbul, mədaxil, saxlanma və silinmə qaydalarını bilmək;
  • Debitor və kreditor borcları üzrə hesablaşmaların aparılması qaydalarını bilmək;
  • Hüquqi və fiziki şəxslərin vergi öhdəlikləri barədə məlumatlı olmaq;
  • Mühasibat balansının və maliyyə hesabatlarının tərtib edilmə qayda və müddətlərini bilmək.
  • Azərbaycan dili sərbəst, Xarici dil bilikləri olan namizədlərə üstünlük verilir;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Peşakar mühasib sertifikatı üstünlükdür.

İş Şərtləri:

  • Şabran rayonuna mütəmadi ezamiyyətlər

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını müraciət məktubunun mövzu hissəsində “Mühasib” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanlarına göndərməkləri xahiş olunur.