Xərclərə nəzarət üzrə kiçik mütəxəssis (Qarabağ)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə təlimatı:

  • Yeni açılmış layihələrin büdcə hesabatlarını yoxlamaq və bağlamaq.
  • Xərclərlə bağlı müvafiq sənədləri yoxlamaq.
  • Xərclərlə bağlı müvafiq hesabatların hazırlanmasına dəstək olmaq.
  • Tikinti müqavilələrini hazırlamaq.
  • Sifarişlərin / sertifikatların / təkliflərin qeydlərini aparmaq və onları qeydiyyata salmaq.
  • Podratçılardan gələn təklifləri yoxlamaq, müqayisə və təhlil etmək.
  • Tikinti layihələri üçün təxmini büdcə planını hazırlamaq.

Namizədə tələblər:

  • Maliyyə və ya bənzər sahədə ali təhsil.
  • Azərbaycan və İngilis dilləri üzrə yüksək səviyyədə biliklərə sahib olmaq. Rus dili üzrə biliklər arzuolunandır.
  • Təhlil, təcrübə, təşkilati və mühakimə bacarıqlarına əsaslanan dəqiq qərarlar qəbul etmək bacarığı.
  • Analitik düşünmə bacarığı.
  • Sərbəst işləmək bacarığı.
  • Microsoft Office (Word, Excel üzrə biliklər mütləqdir) kimi kompüter bacarıqlarına malik olmaq.

Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Xərclərə nəzarət üzrə kiçik mütəxəssis (Qarabağ, MEP) başlığı ilə göndərməklə edə bilərsiniz.