İşin təsviri
- Layihələrdən daxil olan SƏTƏM inspeksiya aktlarının və hesabatların qəbulu və qeydiyyatının aparılması;
- Gündəlik sahə müşahidələrinin və uyğunsuzluqların (NCR) reyestrinin yaradılması və izlənilməsi
- Düzəldici və qabaqlayıcı tədbirlərin (Corrective/Preventive Actions) izlənilməsi;
- Layihələrdən gələn aylıq və həftəlik SƏTƏM hesabatlarının qeydiyyatı və ümumiləşdirilməsinin aparılması;
- Layihələr üzrə SƏTƏM göstəricilərinin toplanması və analiz edilməsi;
- Təlimlərin, təlimatlandırmaların və brifinqlərin qeydiyyatının aparılması;
- FHN, Əmək Müfəttişliyi və digər yoxlamalar üzrə SƏTƏM sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;
- Hadisə hesabatlarının arxivləşdirilməsi və statistik təhlili;
- Layihələrdə işləyən SƏTƏM əməkdaşlarına tapşırıqların, təlimatların, məlumatların göndərilməsi;
- Uyğunsuzluqların aradan qaldırılması üçün yazılı bildirişlərin hazırlanması;
- SƏTƏM prosedurlarının və təlimatlarının paylaşılması;
- SƏTƏM sənədlərinin elektron və fiziki arxivinin təşkil edilməsi;
- ISO 45001 və ISO 14001 sistem sənədlərinin izlənilməsi və vaxtaşırı yenilənməsi;
- Risk qiymətləndirmə sənədlərinin qeydiyyatının aparılması.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Texniki, Ekologiya, Əməyin mühafizəsi və ya əlaqəli sahə üstünlükdür)
- Minimum 3 il SƏTƏM inzibatçısı təcrübəsi
- Azərbaycan dili və İngilis dili
- Microfost Office proqramları
- Süni zəka alətlərindən istifadə üstünlükdür
- SƏTƏM üzrə sertifikatların olması üstünlükdür
- ISO sistemləri üzrə bilik üstünlükdür
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində “HSE Admin” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına göndərmələri xahiş olunur.